0
Friday 8 May 2020 - 11:33

Suriya neftini İŞİD-ə oğurlatdıran Tramp Suriya neftini qoruduğunu bildirdi

Story Code : 861407
Suriya neftini İŞİD-ə oğurlatdıran Tramp Suriya neftini qoruduğunu bildirdi
ABŞ prezidenti Donald Tramp cümə axşamı günü çıxışı zamanı deyib: "Bəzi zəngin ölkələr var ki, biz heç bir şey müqabilində onları dəstəkləyirik. Biz bu ölkələri dəstəkləyiriksə, o zaman onlar da bizə hörmət etməlidirlər!"

Tramp sözlərinin davamında zəngin ölkələrdən birinin Səudiyyə Ərəbistanı olduğunu dilə gətirərək bu ölkənin himayə olunması müqabilində lazım olan xərcləri ödəməyə hazır olduğunu bildirib.

ABŞ prezidenti əlavə edib: "Bu günədək ABŞ-ın dostları da, düşmənləri də bu ölkədən sui-istifadə edib, amma artıq buna izn verməyəcəyik..."

Tramp deyib: "Türkiyə və Suriya sərhədlərini qorumağa qadirdir. ABŞ qoşunlarının orada olmasını istəmirəm. Bizim Suriyada olmağımızın səbəbi bu ölkənin neftini qorumaqdır."

Trampın Səudiyyə Ərəbistanının dəstəklənməsi müqabilində pul ödəməyə hazır olduğunu bildirməsi elə bir zamana təsadüf edib ki, "Wall Street Journal" Birləşmiş Ştatların Səudiyyə Ərəbistanındakı Patriot sistemlərini bu ölkədən çıxardığı ilə bağlı məlumat yayıb.

Bundan əlavə, ABŞ rəsmiləri Səudiyyə Ərəbistanındakı digər hərbi imkanların da azaldılması ilə bağlı  müzakirə aparıldığını bildirib. The Wall Street Journal bu qərarı ABŞ-ın Səudiyyə Ərəbistanındakı İrana qarşı hərbi birləşmələrin gücləndirilməsinin sonu olaraq dəyərləndirib.
Source : IslamTimes