QR CodeQR Code

İraqın yeni hökuməti rəsmi olaraq işə başladı

9 May 2020 01:22

İslamTimes: İraq Parlamentinin etimadını alaraq ölkənin yeni baş naziri olan Milli Kəşfiyyat İdarəsinin rəhbəri Mustafa Kazımi, 2019-cu ilin noyabrında istefa edən sabiq baş nazir Adil Əbdülmehdidən hökumət rəhbərliyini təhvil alıb.


Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, İraqın yeni baş naziri Mustafa Kazıminin mətbuat katibliyindən verilən açıqlamaya görə, hökumət sarayında təşkil olunan təhvil-təslim mərasimində köhnə və yeni hökumətin nazirləri də iştirak edib.

Yeni hökumətin vətəndaşlar üçün firavan bir həyat təmin etmək üçün çalışacağına dair mesaj verən və ölkəni qorumaq üçün and içdiklərini bildirən Kazımi, ölkənin qarşılaşdığı təhlükəsizlik, iqtisadi və səhiyyə problemlərini aradan qaldırmaq üçün var gücləri ilə çalışacaqlarını bildirib.

Yeni hökuməti təbrik edən Əbdülmehdi, hökumətin dinc yolla təhvil verilməsinin demokratiyanın göstəricisi olduğunu və yeni kabinetdəki nazirlərin bacarıqlı olduğunu vurğulayıb.

2019-cu ilin oktyabrında İraqda başlayan hökumət əleyhinə etirazlara görə, noyabr ayında istefa verən Əbdülmehdidən sonra Məhəmməd Əllavi və sonra Adnan Zurfi hökumət qurmaq üçün təyin edilmişdi. Ancaq siyasi partiyaların dəstəyini ala bilməyən Əllavi və Zurfi, bu vəzifəni təhvil verməyə məcbur oldular.


Story Code: 861512

News Link :
https://www.islamtimes.org/az/news/861512/iraqın-yeni-hökuməti-rəsmi-olaraq-işə-başladı

Islam Times
  https://www.islamtimes.org