0
Saturday 9 May 2020 - 11:30

ABŞ Sinaydan çəkilmək istəyir, sionistlər qarşı çıxır

Story Code : 861597
ABŞ Sinaydan çəkilmək istəyir, sionistlər qarşı çıxır
Axar.az xəbər verir ki, ABŞ mediasında yayılan məlumata əsasən, işğalçı İsrail və ABŞ Dövlət Katibliyi hərbçilərin geri çəkilməsinə qarşı çıxır, ancaq Müdafiə naziri Mark Esper yarımadadakı 400 əsgəri geri çəkmək niyyətindədir.

Bu barədə danışan ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Robertson deyib:

"2018-ci ildə qəbul edilən Milli Müdafiə Strategiyasına əsasən, Pentaqon Çin və Rusiyadan gələn təhdidlərə qarşı çıxmaq üçün mənbələri prioritetləşdirməyi və qlobal miqyasda yerləşdirilən qüvvələrin vəziyyətini nəzərdən keçirir".