0
Saturday 9 May 2020 - 12:06

İraqın yeni Baş Naziri NATO-nun Baş katibini Bağdada dəvət edib

Story Code : 861598
İraqın yeni Baş Naziri NATO-nun Baş katibini Bağdada dəvət edib
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Baş Nazirin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin “Əl-Sumaria” telekanalına verdiyi məlumata görə, Stoltenberq Baş Nazirə zəng edərək onu vəzifəyə təyin olunması və parlamentdən etimad səsi alması münasibətilə təbrik edib.

Baş katib “ittifaqın terrorizmlə mübarizədə İraqla əməkdaşlığı gücləndirmək” niyyətində olduğunu deyib.

“İraq hökuməti NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verir”, - əl-Kazemi belə deyib.