0
Saturday 9 May 2020 - 12:39

Casuslar etiraf edir, Pompeo isə inkar!

Story Code : 861601
Casuslar etiraf edir, Pompeo isə inkar!
Bu barədə o, amerikalı jurnalist Ben Şapiroya müsahibəsində deyib.

Dövlət katibi ABŞ-ın həmin insidentlə hər hansı bir əlaqəsinin olmasını qəti şəkildə inkar edib: “Biz belə bir şey təşkil etməmişik. Blirəm ki, Maduro hər şeyi məhz belə təqdim etməyə çalışır. Baş vermiş cəhd barədə rejimin əvvəlcədən xəbərinin olması və bundan dezinformasiya üçün istifadə etməyə çalışması əvvəl-axır bilinərsə, buna təəccüblənmərəm”.

Maduro televiziyadakı çıxışı zamanı amerikalı casusların pasportlarını və digər vəsiqələrini göstərərək, onlardan birinin Arian Berri digərinin Luk Denman olduğunu bildirib. Hər iki ABŞ agenti hazırda həbsxanadadır. Maduronun sözlərinə görə onlar birbaşa keçmiş ABŞ xüsusi təyinatlısı olan Cordan Qodrio ilə əlaqədə olublar.

Həbs edilmiş ABŞ agentləri özü də Maduronu oğurlamaq barədə ABŞ tərəfindən onlara tapşırıq verildiyini etiraf ediblər.