QR CodeQR Code

ABŞ qoşunlarının İraqdan çıxarılması yeni baş nazirdən gözlənilən ən mühüm məsələdir

IslamTimes , 9 May 2020 13:16

İslamTimes: ABŞ qoşunlarının İraqdan çıxarılması İraqın yeni baş nazir Mustafa əl-Kaziminin masası üzərindəki ən mühüm mövzudur


Ötən gün rəsmi olaraq işə başlayan İraqın yeni baş naziri Mustafa əl-Kazimi Milli Təhlükəsizlik naziri olan dönəmlərdən ABŞ hərbçilərinin İraqda qeyri-qanuni mövcudiyyətinə qarşı olub. Amma hazırda siyasi qruplar Mustafa əl-Kaziminin baş nazir olduqdan sonra ABŞ-ın təzyiqlərinə tab gətirərək bu tələbi nə dərəcədə gerçəkləşdirə biləcəyini səbrlə gözləyirlər. 

Daha öncə Adil Əbdül-Mehdi bildirmişdi ki, o Amerikanın İraqdakı dağıdıcı siyasətlərinə qarşı çıxdıqdan sonra  ABŞ prezidenti Donald Tramp telefonla əlaqə saxlayaraq onu devirəcəyi ilə hədələdiyib.

Qeyd edək ki, ABŞ işğalçı qüvvələrinin İraqdan çıxarılmasını təkcə şiə qruplar deyil, sünnə məzhəbi böyükləri də istəyir. Son günlərdə İraqın sünnə-əhli müftisi Mustafa əl-Kazimini baş nazir postuna seçildiyi münasibəti ilə təbrik edərək deyib: "Şövq və cəsarətlə Amerika qoşunlarının İraqdan çıxarılması məsələsinə diqqət yetirin, çünki ABŞ İraqın güclü hərbçilərini hədəf alır!"


Story Code: 861639

News Link :
https://www.islamtimes.org/az/news/861639/abş-qoşunlarının-iraqdan-çıxarılması-yeni-baş-nazirdən-gözlənilən-ən-mühüm-məsələdir

Islam Times
  https://www.islamtimes.org