0
Saturday 9 May 2020 - 14:36

Amerikanın terror əməliyyatı ilə bağlı şok səs yazısı ortaya çıxdı

Story Code : 861647
Amerikanın terror əməliyyatı ilə bağlı şok səs yazısı ortaya çıxdı
Anadolu informasiya agentliyinin bildirdiyinə əsasən, 3 may gününə planlaşdırılan amma Venesuelanın təhlükəsizlik qüvvələrinin sayıqlığı nəticəsində uğursuzluqla nəticələnən ABŞ əməliyyatı ilə bağlı şok faktlar ortaya çıxıb. 

Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriges özünü Venesuela prezidenti adlandıran və ABŞ tərəfindən dəstəklənən parlament spikeri Xuan Quaido ilə ABŞ tərəfindən göndərilən casusların əməliyyatla bağlı səs yazısını yayımlayıb. Bu faylda Quaido ABŞ vətəndaşı Cordan Qodreau ilə əməliyyatın necə baş tutacağı haqda danışır. Cordan Qodreau sabiq ABŞ xüsusi təyinatlısı, həmçinin ABŞ prezidenti Donald Trampın şəxsi mühafizə xidmətinin əməkdaşı olub.

Səs yazısında özünü Venesuela prezidenti elan edən Quaidonun, göstərdiyi bütün səylərə görə ABŞ xüsusi təyinatlısına təşəkkür etdiyi və müqaviləni imzalamağa hazır olduğu eşidilir.

Qeyd edək ki, Venesuela təhlükəsizlik qüvvələri Nikolas Maduronu aradan götürmək üçün Venesuelaya daxil olan 13 kəşfiyyatçını zərərsizləşdirməyə müvəffəq olub. 
Source : IslamTimes