0
Saturday 9 May 2020 - 15:30

Həşd əl-Şəbi İŞİD terrorçularını məhv etdi

Story Code : 861650
Həşd əl-Şəbi İŞİD terrorçularını məhv etdi
Həşd əl-Şəbi Müqavimət Hərəkatı cümə axşamı günü verdiyi bəyanatda bildirib ki, Səlahiddin əyalətində (Bağdadın şimalında) İŞİD terrorçularının toplantı keçirdiyi məkan vurulub.

Bağdad Əl-Youm xəbər saytının verdiyi məlumata görə bəyanatda deyilir: "Həşd əl-Şəbinin 21-ci briqadası Əl-Həmizə, Lavaşərə və Aburəkbə bölgələrində İŞİD terrorçularını toplantı keçirdikləri zaman artilleriya zərbələri ilə hədəfə alıb."

Açıqlamaya görə, əməliyyat nəticəsində çox sayda İŞİD terrorçusu məhv edilib.

Həşd əl-Şəbi Müqavimət Hərəkatının Əl-Ənbar əyalətindəki Komandanlığı bu əməliyyatdan öncə Ramazan 3 əməliyyatı nəticəsində Əl-Ənbar əyalətinin qərbində Suriya ilə sərhəd yaxınlığında İŞİD ünsürlərinin qalıqlarının məhvinə yönəlmiş hücumların uğurla nəticələndiyini elan etmişdi.
Source : IslamTimes