QR CodeQR Code

Həşd əl-Şəbi İŞİD terrorçularını məhv etdi

IslamTimes , 9 May 2020 15:30

İslamTimes: Həşd əl-Şəbi Müqavimət Hərəkatı Səlahiddin əyalətində bir məkana toplanmış çox sayda İŞİD üzvünü məhv edib


Həşd əl-Şəbi Müqavimət Hərəkatı cümə axşamı günü verdiyi bəyanatda bildirib ki, Səlahiddin əyalətində (Bağdadın şimalında) İŞİD terrorçularının toplantı keçirdiyi məkan vurulub.

Bağdad Əl-Youm xəbər saytının verdiyi məlumata görə bəyanatda deyilir: "Həşd əl-Şəbinin 21-ci briqadası Əl-Həmizə, Lavaşərə və Aburəkbə bölgələrində İŞİD terrorçularını toplantı keçirdikləri zaman artilleriya zərbələri ilə hədəfə alıb."

Açıqlamaya görə, əməliyyat nəticəsində çox sayda İŞİD terrorçusu məhv edilib.

Həşd əl-Şəbi Müqavimət Hərəkatının Əl-Ənbar əyalətindəki Komandanlığı bu əməliyyatdan öncə Ramazan 3 əməliyyatı nəticəsində Əl-Ənbar əyalətinin qərbində Suriya ilə sərhəd yaxınlığında İŞİD ünsürlərinin qalıqlarının məhvinə yönəlmiş hücumların uğurla nəticələndiyini elan etmişdi.


Story Code: 861650

News Link :
https://www.islamtimes.org/az/news/861650/həşd-əl-şəbi-işid-terrorçularını-məhv-etdi

Islam Times
  https://www.islamtimes.org