QR CodeQR Code

Yəmən ordusu Səudiyyə rejiminin koalisiyasının hücumunu dəf etdi

10 May 2020 01:46

İslamTimes: Mayın 8-i Yəmən ordusu Səudiyyə rejiminin koalisiyasının Məarib əyalətində genişmiqyaslı quru hücumunu dəf etdiyini açıqlayıb.


Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Yəmən ordusu və inqilabi xalq komitələrinin (Ənsarullah) qüvvələrinin Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin Məarib əyalətinin Saruh bölgəsindəki mövqelərinə geniş miqyaslı hücumunu dəf etdiyini bildirib.

O, deyib ki, hücum bir neçə istiqamətdə başlayıb və axşama qədər davam edib.

Sərii Səudiyyə rejiminin koalisiyasının quru hücumu ilə eyni vaxtda muzdlularını 18 hava zərbəsi ilə dəstək verməyə çalışdığını söyləyib.

Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi düşmənin hücumunun təkcə uğursuzluqla nəticələnmədiyini, eyni zamanda ağır itki verdiyini və bir neçə komandir də daxil olmaqla onlarla canlı qüvvəsinin öldüyünü və yaralandığını söyləyib.

Qeyd edək ki, Səudiyyə rejiminin koalisiyası aprelin 11-i koronavirusun qarşısını almaq məqsədi ilə BMT-nin tələbinə əsasən, Yəməndə hücumlarını iki həftə dayandırdığını iddia etsə də, beynəlxalq ictimaiyyəti aldadaraq təcavüzkar hücumlarını davam etdirir.


Story Code: 861748

News Link :
https://www.islamtimes.org/az/news/861748/yəmən-ordusu-səudiyyə-rejiminin-koalisiyasının-hücumunu-dəf-etdi

Islam Times
  https://www.islamtimes.org