QR CodeQR Code

Mustafa Kazımi İran və ABŞ səfirləri ilə görüşüb

10 May 2020 10:05

İslamTimes: İraqın yeni baş naziri Mustafa Kazımi ABŞ və İranın bu ölkədəki səfirləri ilə ayrı-ayrılıqda görüşüb.


Axar.az xəbər verir ki, baş nazir ABŞ səfiri ilə görüşdə İraqın xarici qüvvələrin maraqları üçün istifadə olunmasına qarşı çıxdıqlarını deyib.

M.Kazımi İranın İraqdakı səfirinə isə İran və qonşu ölkələrlə münasibətləri inkişaf etdirəcəklərini bildirib.

Baş nazir, həmçinin vurğulayıb ki, İraq terrorun məkanı olmayacaq və heç bir ölkəyə hücum nöqtəsi kimi istifadə edilməyəcək.


Story Code: 861806

News Link :
https://www.islamtimes.org/az/news/861806/mustafa-kazımi-iran-və-abş-səfirləri-ilə-görüşüb

Islam Times
  https://www.islamtimes.org