0
Sunday 10 May 2020 - 10:34

Putinin müdhiş hərbi planı: "Analoqu olmayan strateji silahlarla..."

Story Code : 861811
Putinin müdhiş hərbi planı: "Analoqu olmayan strateji silahlarla..."
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O, Rusiya Müdafiə Nazirliyi Akademiyasının və ali hərbi məktəblərin məzunlarını Qələbə günü və ali təhsili başa vurmaları münasibətilə təbrik edib. Kremlin saytında yayılan təbrikdə deyilir:

"Biz bundan sonra da Silahlı Qüvvələri təkmilləşdirəcək, inkişaf etdirəcəyik. İstənilən şəraitdə bütün qoşunlarımızı müasir silah və texnika, o cümlədən dünyada analoqu olmayan, yüksək dəqiqliyə malik və hipersəs sistemli, pilotsuz və avtomatik zərbə kompleksli strateji silahlarla təmin etmək planını reallaşdıracağıq.

Ölkənin və Böyük Vətən Müharibəsinin tarixi dərsləri bizə Rusiya ordusunun həmişə güclü, istənilən hədə və təhdidlərə cavab vermək qüdrətində olmasını, Rusiyanın suverenliyi və milli maraqlarını, vətəndaşların təhlükəsizliyini etibarlı şəkildə qorumağı öyrətdi".