QR CodeQR Code

Türkiyə, Rusiya və İran prezidentlərinin görüşünə dair məsləhətləşmələr aparılır

10 May 2020 21:10

İslamTimes: Türkiyə, Rusiya və İran “Astana üçlü”yünün Suriya üzrə sammitinin keçirilməsinə dair məsləhətləşmələr aparır.


APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.

İran XİN rəsmisi deyib ki, dünyada yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar görüşlərin keçirilməsində fasilə yaranıb. A. Musəvi dünyada koronavirusla bağlı durumun normallaşmasından sonra üç ölkənin prezidentinin iştirakı ilə Tehran sammitinin keçiriləcəyinə ümid etdiyini söyləyib: “İran üzbəüz görüşün keçirilməsinin tərəfdarıdır. Əgər koronavirusla bağlı durumun normallaşması prosesi uzanarsa, onlayn-konfrans da keçirilə bilər”.

 


Story Code: 861880

News Link :
https://www.islamtimes.org/az/news/861880/türkiyə-rusiya-və-iran-prezidentlərinin-görüşünə-dair-məsləhətləşmələr-aparılır

Islam Times
  https://www.islamtimes.org