QR CodeQR Code

ABŞ və Fransadan şok Türkiyə həmləsi: PKK ilə danışıqlar başladı – Yeni gəlişmə

11 May 2020 10:23

İslamTimes: ABŞ və Fransa Suriyanın şimalında fəaliyyət göstərən YPG/PKK terror təşkilatına beynəlxalq nümayəndəlik açmaq üçün hərəkətə keçib.


Teleqraf.com türk KİV-ə istinadən xəbər verir ki, hər iki dövlət bu məqsədlə Suriya Kürdləri Milli Şurasından (ENKS) istifadə edir.

Məlumata görə, ABŞ və Fransa bir müddətdir vasitəçi kimi çıxış etdikləri YPG/PKK və ENKS arasında gedən danışıqlarda yeni tələblə çıxış edib.

Qərb dövlətləri ENKS-dən üzvü olduğu Suriya Müxalifəti və İnqilabi Qüvvələr Milli Şurasından ayrılmasını istəyib. Adı çəkilən ölkələr bu məqsədlə Şimali İraq Kürd Muxtariyyətinin Baş naziri Nərçivan Bərzanini dövriyyəyə qoşub.

ENKS şuradan ayrılacağı təqdirdə, bu qurumun kürdlərin beynəlxalq təmsilçilik missiyasından məhrum olacağı, beləliklə kürdlərin yeganə təmsilçisinin Suriyanın Şimalında qurulacaq yeni təşkilatın olacağı bildirilib.

ENKS isə bu barədə yayılan məlumatları təkzib edib.


Story Code: 861919

News Link :
https://www.islamtimes.org/az/news/861919/abş-və-fransadan-şok-türkiyə-həmləsi-pkk-ilə-danışıqlar-başladı-yeni-gəlişmə

Islam Times
  https://www.islamtimes.org