QR CodeQR Code

Azərbaycanda tükürpədən cinayət!

12 May 2020 10:28

İslamTimes: Şirvanda ruhi xəstə qızdan QANDONDURAN CİNAYƏT: atasının başını kəsərək öldürdü


Şirvanda qətl hadisəsi baş verib.

Hadisə mayın 12-də gecə saatlarında Şirvan şəhəri, A.Mustafayev küçəsi, ev 25 ünvanında qeydə alınıb.

Belə ki, 1933-cü il təvəllüdlü Nadir Əkbərov başın kəsilmiş-deşilmiş yarası ilə ölü vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxasına daxil olunub.

Araşdırma zamanı məlum olub ki, o, Şirvan Şəhər Mərkəzi Xəstəxasında ruhi əsəb xəstəsi kimi qeydiyyatda olan, şizofreniya paranoid forma xəstəliyindən əziyyət çəkən, I qrup əlil Mirsəkinə Əkbərova tərəfindən öldürülüb.

Faktla bağlı Şirvan şəhər Prokuyrorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. /Report/


Story Code: 862173

News Link :
https://www.islamtimes.org/az/news/862173/azərbaycanda-tükürpədən-cinayət

Islam Times
  https://www.islamtimes.org