QR CodeQR Code

Səudiyyə ilə BƏƏ arasında qarşıdurma şiddətləndi

IslamTimes , 12 May 2020 12:59

İslamTimes: Birləşmiş Ərəb Əmirliyinin dəstəklədiyi Keçid Şurası üzvləri  ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi silahlılar arasında qarşıdurmalar şiddətlənib.


Əl-Aləm kanalının verdiyi xəbərə əsasən, Birləşmiş Ərəb Əmirliyinin dəstəklədiyi Keçid Şurası üzvləri  ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi silahlılar arasında Yəmənin Şəbva və Ebin əyalətlərində şiddətli qarşıdurmalar yaşanıb. 

İstefa verərək Yəməndən qaçmış sabiq prezident Mənsur Hadi qüvvələrinin Ebin əyalətinin Zəncbar şəhərinə doğru irəlilədiyi bildirilir. Lakin Keçid Şurası qarşıdurmaların davam etdiyini bildirərək bu iddiaları təkzib edib.

Yəməndə nəzarəti ələ almaqla bağlı Səudiyyə Ərəbistanı ilə BƏƏ arasındakı qarşıdurmanın şiddətlənməsi BƏƏ-yə bağlı qüvvələrlə Mənsur Hadi qüvvələrinin arasında münaqişənin də artmasına səbəb olub.

Səudiyyə muzdluları Ebin şəhərinə daxil olduqları ilə bağlı məlumat yayıblar. Amma BƏƏ-yə bağlı silahlılar bu iddianı da rədd edərək bildirib ki, qarşıdurmalar Əl-Şəqərə məntəqəsində davam edir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəmən xalqının qəzəbinə tuş gələrək ölkədən qaçan Mənsur Hadini yenidən prezident olaraq Yəmənə qaytarmaq istəyir və bu səbəbdən bir neçə ildir Yəmənə qurudan və havadan hücumlar təşkil edərək, silahsız Yəmən xalqını qətliam edir.


Story Code: 862221

News Link :
https://www.islamtimes.org/az/news/862221/səudiyyə-ilə-bəə-arasında-qarşıdurma-şiddətləndi

Islam Times
  https://www.islamtimes.org