0
Tuesday 12 May 2020 - 16:21

Koronavirus bəhanəsi ilə Avropa Birliyinə hücumlar artır

Story Code : 862244
Koronavirus bəhanəsi ilə Avropa Birliyinə hücumlar artır
Teleqraf.com xəbər verir ki, bunu macar əsilli amerikalı milyarder Corc Soros deyib.

İngiltərənin “Independent” qəzetinin suallarını cavablandıran Soros pandemiyanın Avropa İttifaqının parçalanmasına yol aça biləcəyini istisna etməyib.

89 yaşlı Soros məsələ ilə əlaqədar açıqlamasında “Avropa İttifaqının gələcəyindən narahatam, çünki ittifaq natamam bir birlikdir” ifadəsinə yer verib.

Aİ-nin zəif inkişaf etdiyini bildirən Soros ittifaqın sürətlə yayılan pandemiyaya çata bilmədiyini də vurğulayıb.

Corc Soros pandemiyanın kapitalizmi də yox edəcəyi iddiasını irəli sürəcək.