QR CodeQR Code

Koronavirus bəhanəsi ilə Avropa Birliyinə hücumlar artır

12 May 2020 16:21

İslamTimes: “Koronavirus pandemiyası Avropa İttifaqının sonuna çıxa bilər”.


Teleqraf.com xəbər verir ki, bunu macar əsilli amerikalı milyarder Corc Soros deyib.

İngiltərənin “Independent” qəzetinin suallarını cavablandıran Soros pandemiyanın Avropa İttifaqının parçalanmasına yol aça biləcəyini istisna etməyib.

89 yaşlı Soros məsələ ilə əlaqədar açıqlamasında “Avropa İttifaqının gələcəyindən narahatam, çünki ittifaq natamam bir birlikdir” ifadəsinə yer verib.

Aİ-nin zəif inkişaf etdiyini bildirən Soros ittifaqın sürətlə yayılan pandemiyaya çata bilmədiyini də vurğulayıb.

Corc Soros pandemiyanın kapitalizmi də yox edəcəyi iddiasını irəli sürəcək.


Story Code: 862244

News Link :
https://www.islamtimes.org/az/news/862244/koronavirus-bəhanəsi-ilə-avropa-birliyinə-hücumlar-artır

Islam Times
  https://www.islamtimes.org