0
Tuesday 12 May 2020 - 16:39

İŞİD-in 50 üzvü məhv edildi

Story Code : 862257
İŞİD-in 50 üzvü məhv edildi
"Əl-Məlumə" informasiya agentliyinə müsahibə verən Həşd əl-Şəbi Müqavimət Hərəkatının şimal məntəqəsindəki rəhbəri Əl-Hüseyni bildirib ki, Həşd əl-Şəbi və digər təhlükəsizlik qüvvələri İraq ordusu qırıcılarının dəstəyi ilə həyata keçirdiyi unikal əməliyyatda 50-dən çox İŞİD terrorçusunu məhv edib.

Əl-Hüseyni əlavə edib: "Ən vacib əməliyyatlar Kərkük və Əl-Ənbar əyalətlərində həyata keçirilib. Bu əməliyyatda İŞİD-in əsas sərkərdələri öldürülüb. Əməliyyatlar Səlahiddin, Diyalə və digər şəhərlərdə terror səbəbindən həyatını itirənlərin intiqamının alınmasına yönəlmiş kəşfiyyat əməliyyatlarının bir hissəsidir."

Ötən həftələrdə İraqın bir sıra məntəqələrində o cümlədən Diyalə şəhərində terror aktları törədilib. Bu terror aktları nəticəsində bir neçə nəfər həlak olub.

Həmçinin bu gün beş İraq hərbçisinin, o cümlədən üç mülki şəxsin İŞİD-in hücumları nəticəsində həlak olduğu bildirilib.

Əlavə olaraq Diyalə əyalətinin Xanəgin şəhərində Həşd əl-Şəbi hərəkatına məxsus bir avtomobilin partladılması nəticəsində iki hərbçinin şəhid olduğu xəbər verilir.
Source : IslamTimes