QR CodeQR Code

Türkiyənin dəstəklədiyi terrorçulara cavab verildi

IslamTimes , 12 May 2020 22:38

İslamTimes:Türkiyənin dəstəklədiyi silahlılar atəşkəsi pozdu, Suriya ordusu cavab cavab verdi


Suriya ordusu Türkiyənin dəstəklədiyi və əksərinin Ən-Nüsrə kimi terror qruplarından olan silahlılara cavab zərbələri endirib. Belə ki, ordu Həma şəhərindəki Təncərə qəsəbəsini Türkiyəyə bağlı silahlılardan təmizləyib. Özünü müxalif qüvvələr kimi tanıtdıran silahlı terrorçular Suriya ordusu ilə aralarında olan atəşkəs rejiminə baxmayaraq bir gün öncə bu qəsəbəyə hücum edərək oranı ələ keçirmişdi. Amma Suriya ordusu bu qəsəbənin 24 saatdan çox terrorçuların əlində qalmasına izn verməyib.

Terrorçulara bağlı mənbə Suriya ordusunun terrorçulara cavab olaraq qəsəbəyə sarsıdıcı raket zərbələri endirdiyini bildirib.

Suriyada atəşkəs elan olunandan bu günədək əməliyyat qruplarına Vəhrəzul-Muminin adını vermiş terrorçular ilk dəfə olaraq bir qəsəbəyə hücum edərək oranı ələ keçirə bilmişdi. Onlar bu qəsəbəni ələ keçirdikdən sonra əməliyyatları davam etdirmək niyyətində olublar, amma Suriya ordusunun ağır cavabı ilə qarşılaşıblar.

Terrorçular atəşkəs elan olunduqdan sonra irəliləmə əldə edə bilməsələr də dəfələrlə İdlib, Laziqiyə və Hələb şəhərlərinə raket zərbələri endiriblər. Halbuki Rusiya və Türkiyə prezidentləri Suriyanın şimal-qərbindəki İdlib əyalətində atəşkəs barədə razılığa gəliblər.


Story Code: 862324

News Link :
https://www.islamtimes.org/az/news/862324/türkiyənin-dəstəklədiyi-terrorçulara-cavab-verildi

Islam Times
  https://www.islamtimes.org