0
Wednesday 13 May 2020 - 00:28

Koronavirus Azərbaycanda həbsxanaya keçdi - Hələ də əfvdən xəbər yoxdur!

Story Code : 862331
Koronavirus Azərbaycanda həbsxanaya keçdi - Hələ də əfvdən xəbər yoxdur!
Penitensiar müəssisələrdə, o cümlədən 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar və əməkdaşlar arasında COVID-19 müayinələri aparılıb. Test nəticələri 33 məhkumda müsbət çıxdığından onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib və müvafiq müalicə tədbirləri görülüb. Xəstələrin vəziyyəti hazırda stabildir və onlar həkim nəzarəti altında saxlanılır.

Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə kompleks dezinfeksiya, tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlər davam etdirilir.

Bütün ölkələrdə koronavirusun yayılmasını önləmək üçün dövlət ilk olaraq insanların bir yerdə toplanmasına qadağa tətbiq edib. Əksər ölkələrdə həbsxanalarda sıxlığı azaltmaq üçün çox sayda məhbus əfv edilib. Amma Azərbaycanda hətta novruz bayramında gözlənilən əfv belə baş tutmayıb.