QR CodeQR Code

Nyu-Yorkda daha 195 nəfər koronavirusdan ölüb

13 May 2020 01:04

İslamTimes: ABŞ-ın Nyu-York ştatında koronavirus infeksiyasından ölənlərin sayı son sutka ərzində daha 195 nəfər artıb.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo açıqlamasında deyib. Bundan əvvəlki gün 161 nəfərin öldüyü deyilirdi.

Kuomonun sözlərinə görə, xəstəxanaya yerləşdirilmiş və eləcə də süni tənəffüs aparatına qoşulan xəstələrin sayında azalma müşahidə edilir.

Hazırkı dövrə qədər Nyu-Yorkda ümumilikdə 21 640 nəfər koronavirusdan ölüb.


Story Code: 862339

News Link :
https://www.islamtimes.org/az/news/862339/nyu-yorkda-daha-195-nəfər-koronavirusdan-ölüb

Islam Times
  https://www.islamtimes.org