0
Wednesday 13 May 2020 - 03:08

ABŞ koronavirusu Çini vurmaq üçün bəhanəyə çevirir

Story Code : 862347
ABŞ koronavirusu Çini vurmaq üçün bəhanəyə çevirir
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ qanunvericisinin mətbuat xidməti bildirib.

"Mən əminəm ki, əgər Çin Kommunist Partiyasının yalanı olmasaydı, burada - ABŞ-da virus olmazdı", - Qrem bildirib.

"Çin beynəlxalq ictimaiyyəti araşdırma aparmaq üçün Uhandakı laboratoriyaya buraxmaqdan imtina edir.

Onlar mütəxəssislərə pandemiyanın necə başlandığını öyrənməyə icazə verməkdən imtina edirlər. Əminəm ki, hələ onu bunu etməyə məcbur etməsələr, Çin heç vaxt ciddi araşdırmanın aparılması üçün əməkdaşlıq etməyəcək. Çin əməkdaşlıq etməyincə, bu sərt qanun layihəsi ilə ona qarşı sanksiyaları tətbiq ediləcək", - senator əlavə edib.