QR CodeQR Code

ABŞ koronavirusu Çini vurmaq üçün bəhanəyə çevirir

13 May 2020 03:08

İslamTimes: ABŞ Konqresinin üzvü, respublikaçı senator Lindsi Qrehem Senata Çinin koronavirusun yayılması ilə bağlı tam hesabat verməyəcəyi və əməkdaşlıq etməyəcəyi təqdirdə bu ölkəyə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini tədqim edib.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ qanunvericisinin mətbuat xidməti bildirib.

"Mən əminəm ki, əgər Çin Kommunist Partiyasının yalanı olmasaydı, burada - ABŞ-da virus olmazdı", - Qrem bildirib.

"Çin beynəlxalq ictimaiyyəti araşdırma aparmaq üçün Uhandakı laboratoriyaya buraxmaqdan imtina edir.

Onlar mütəxəssislərə pandemiyanın necə başlandığını öyrənməyə icazə verməkdən imtina edirlər. Əminəm ki, hələ onu bunu etməyə məcbur etməsələr, Çin heç vaxt ciddi araşdırmanın aparılması üçün əməkdaşlıq etməyəcək. Çin əməkdaşlıq etməyincə, bu sərt qanun layihəsi ilə ona qarşı sanksiyaları tətbiq ediləcək", - senator əlavə edib.


Story Code: 862347

News Link :
https://www.islamtimes.org/az/news/862347/abş-koronavirusu-çini-vurmaq-üçün-bəhanəyə-çevirir

Islam Times
  https://www.islamtimes.org