0
Wednesday 13 May 2020 - 02:41

Əməkdar artist və ailəsi də koronaya yoluxdu

Story Code : 862348
Əməkdar artist və ailəsi də koronaya yoluxdu
Kult.az xəbər verir ki, artıq sağalaraq xəstəxanadan evə buraxılan aktrisa xəstəlik müddəti və müalicə prosesində yaşadıqlarını Xəzər TV-yə danışıb.

Şəfəq Əliyeva deyir ki, yaxın günlərdə itirdiyi həyat yoldaşı, xalq artisti Rafiq Əliyevin dəfnindən qayıtdıqdan sonra bütün ailə üzvlərinin halı pisləşib, hamısının hərarəti qalxıb. Qızı ilə onun vəziyyəti daha ağır olub.

Onlar 18 gün xəstəxanada müalicə alandan sonra karantin şərtlərinə əməl etmək şərtilə evə buraxılıblar. Şəfəq Əliyeva sağlamlığını tibb işçilərinə borclu olduğunu deyir.

Əməkdar artist koronavirus infeksiyasının daha da yayılmaması üçün insanlardan evdə qalmağı, dezinfeksiya qaydalarına əməl etməyi xahiş edir.