QR CodeQR Code

ABŞ səhvən açıqladı: “Əkiz qüllələr”ə hücum edən...

13 May 2020 10:51

İslamTimes: ABŞ Federal Təhqiqat Bürosu (FTB) 11 sentyabr 2001-ci ildə Nyu Yorkdakı Dünya Ticarət Mərkəzində baş verən terror hadisəsində Əl Qaidə terrorçularına kömək etməkdə şübhəli bilinən Səudiyyə rəsmisinin adını səhvən açıqlayıb.


Axar.az xəbər verir ki, bu barədə “Yahu Nyus” nəşri məlumat yayıb.

Bildirilir ki, həmin şəxs Mussaed Əhməd əl-Cərrahdır.

O, 1999-2000-ci illərdə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyində çalışıb.

Məlumata görə, Əhməd əl-Cərrah 11 sentyabr 2001-ci ildə “Əkiz qüllər”ə kamikadze hücumu edən Əl Qaidənin 2 terrorçusuna köməklik göstərməkdə şübhəli bilinir.

Həmin şəxsin hazırda harada olduğu haqda məlumat yoxdur.

ABŞ-ın diktatura rejimi hökm sürən Səudiyyə Ərəbistanı ilə mənafeləri üst-üstə düşdüyü səbəbindən bu məlumatı bu günədək gizlədiyi bildirilir.


Story Code: 862405

News Link :
https://www.islamtimes.org/az/news/862405/abş-səhvən-açıqladı-əkiz-qüllələr-ə-hücum-edən

Islam Times
  https://www.islamtimes.org