ABŞ tarixinin nəhəng fəlakəti ilə toqquşduq - Pelosi
13 May 2020 12:18
İslamTimes: Koronavirus epidemiyası ABŞ tarixində nəhəng fəlakətə çevrildi.
Axar.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib.
“Biz ABŞ-da tarixin nəhəng fəlakəti ilə toqquşduq. 80 mindən çox vətəndaşımız həlak olub, 1,4 milyon nəfər yoluxub, 33 milyon nəfər işsizlik müavinəti üçün müraciət edib”, – deyə o bildirib.
Pelosi Respublikaçılar Partiyasının iqtisadiyyatın dəstəklənməsinə kifayət qədər ciddi yanaşmadığını deyib.
Story Code: 862419