0
Thursday 14 May 2020 - 01:41

Yaraqlılar İdlibin cənubunda Rusiya və Türkiyənin 10-cu birgə patruluna hücum etdi

Story Code : 862555
Yaraqlılar İdlibin cənubunda Rusiya və Türkiyənin 10-cu birgə patruluna hücum etdi
Deyerler.org SouthFront-a istinadən xəbər verir ki, bu Rusiya və Türkiyənin 10-cu birgə patrulu və Səraqibin qərbindən Arihanın şərq girişinə qədər uzanan marşrutla keçirilməsi üçün təyin edilən 3-cü patrul idi.

Ancaq Arihanın şərqindəki patrul yaxınlığında baş verən bir partlayışdan sonra (guya bir əldəqayırma bomba səbəb olduğu) patrul ləğv edilib. Partlayış Türkiyə qoşunlarına məxsus zirehli maşınlara Heyət Təhrir Əş-Şam (əvvəllər Əl-Qaidənin Suriyadakı qolu) tərəfdarlarının daş atması ilə başlayan qısa müddətli qarşıdurmadan sonra baş verib.

Mayın 10-dan 11-dək Hamanın şimal-qərbindəki Tancara şəhərində Suriya ordusu ilə Əl-Qaidə ilə əlaqəli yaraqlılar arasında şiddətli qarşıdurmalar baş vermişdi. Yaraqlılar qəsəbəni qısa müddətdə ələ keçirsələr də, sonra Suriya ordusunun zərbələri altında geri çəkilmək məcburiyyətində qaldılar. Qarşıdurmada 37 əsgər və 24 yaraqlının öldüyü bildirilib. /Deyerler/