0
Thursday 14 May 2020 - 01:30

Türkiyəli nazir: “2019-2020 tədris ilində imtahanların onlayn olacağına qərar verilib”

Story Code : 862557
Türkiyəli nazir: “2019-2020 tədris ilində imtahanların onlayn olacağına qərar verilib”
“Universitetlərdə imtahanların ənənəvi olaraq üz-üzə aparılması məsələsi gündəmdə idi. Bu məsələ Elm Qurumunda müzakirə edildi. Amma xüsusilə iyun ayında həm litseylərdə, həm də ali məktəblərdə imtahanların keçirilməsinin bir hərəkətlilik, qələbəlik yaratmaq riski olduğu vurğulandı. Odur ki, litseylərdə də, universitetlərdə də buraxılış imtahanlarının üz-üzə keçirilməməsi qərarına gəlindi”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə bağlı yaradılan Elm Qurmunun toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib. 

“İyunun 15-də universitetlərin açılmasından sonra imtahanların onlayn keçirilmə qərarını necə dəyərləndirirsiniz”, sualına nazir cavab verərkən deyib ki, Elm Qurumu ilə Ali Təhsil Şurasının birgə qərarı ilə 2019-2020 tədris ilinin imtahanları onlayn olacaq: “Buraxılış imtahanlarının üz-üzə keçirilməsinin riski daha da artıra biləcəyini düşünürük. Bu, Elm Qurumunda belə dəyərləndirildi. Ali Təhsil Şurası da universitetlərdə imtahanların onlayn keçirilməsinə qərar verdi”.