0
Thursday 14 May 2020 - 16:26

İrandan ABŞ-a cavab gəldi

Story Code : 862701
İrandan ABŞ-a cavab gəldi
Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi bu gün öz Twitter səhifəsində ABŞ-ın gülünc və əsassız iddialarına cavab verib. Musəvi İranın terrorizmlə mübarizədə ABŞ ilə həmkarlıq etməməsi barədə iddialara cavab olaraq deyib: "Müxtəlif terror qrupları yaratmaq, onları maliyyələşdirmək və silahlandırmaq, dövlət terroru törətmək və başqa bir terrorçu rejimi (sionist rejimi) açıq şəkildə dəstəkləmək keçmişi olan ABŞ, antiterror fəaliyyətləri qiymətləndirmək üçün yaxşı bir meyar deyil!"

XİN sözçüsü deyib: "ABŞ özü dövlət terrorizminə son qoymalıdır!"

ABŞ Dövlət Departamenti İran da daxil olmaqla 5 ölkəni ABŞ-ın sözdə "terrorizmlə mübarizə səyləri" ilə əməkdaşlıq etməməkdə günahlandırıb.