0
Friday 15 May 2020 - 02:16

Suriya ordusu işğaldan azad olunan bölgələri minalardan təmizləyir

Story Code : 862777
Suriya ordusu işğaldan azad olunan bölgələri minalardan təmizləyir
Sputnik informasiya agentliyinin verdiyi məlumata əsasən, Rusiya Müdafiə Nazirliyi cümə axşamı günü verdiyi bəyanatda deyir: "Suriya ordusunun mina təmizləyən dəstələri Duma və Dəra əyalətlərinin azad edilmiş ərazilərindəki mina və partlayıcı qurğuları aşkar edərək bu məntəqələri güvənli bölkə elan edib. Əməliyyat çərçivəsində son 24 saat ərzində 1,5 hektar ərazidə 33 bomba zərərsizləşdirilib...

Son 24 saat ərzində Suriya Ərəb Respublikasının Silahlı Qüvvələrinin mina təmizləyən dəstələri Dəra, Duma, Casim və əl-Harahdakı minalanmış sahələri təmizləyərək, partlayıcıları zərərsizləşdiriblər."

Verilən məlumata görə, 24 saat ərzində Livan və İordaniyadan heç bir qaçqın Suriyaya geri dönməyib. Qaçqınların Suriyaya geri dönməməsinin səbəbi koronavirus təhlükəsi səbəbindən sərhədlərin bağlanmasıdır.

Həmçinin Rusiya və Türkiyənin Suriyadakı atəşkəslə bağlı müştərək nəzarət komitəsi bildirib ki, 24 saat ərzində atəşkəsin pozulması halı qeydə alınmayıb.

Rusiya, İran və Türkiyə Suriyada əldə edilən atəşkəsin təminatçısıdır. Bu ölkələr Suriyaya humanitar yardımlar göndərməklə yanaşı qaçqınların ölkələrinə geri qayıda bilməsi zəminində də fəaliyyət göstərirlər.
Source : IslamTimes