QR CodeQR Code

Fələstinlilər "Pompeo"nu yandırdı

IslamTimes , 15 May 2020 13:22

İslamTimes: Onlarla fələstinli ABŞ dövlət katibi Mayk Pompeonun 1948-ci ildə işğal olunmuş Fələstin torpaqlarına səfərinə etiraz edib.


Onlarla fələstinli ABŞ dövlət katibi Mayk Pompeonun 1948-ci ildə işğal olunmuş Fələstin torpaqlarına səfərinə etiraz edib. Fələstin xalqı "Əsrin Sövdələşməsi" planı və ABŞ-ın Fələstinə qarşı siyasətlərinə qarşı olduqlarını bildiriblər.

ABŞ Dövlət katibinin cümə axşamı işğal altındakı ərazilərə səfərindən sonra fələstinlilər Nablus şəhərinin mərkəzində Pompeonun rəsmini və maketini yandırıblar.

Bu aksiya Nablusdakı Fələstin Azadlıq Təşkilatının çağırışı ilə baş tutub.

Aksiyada Fələstinin işğal altındakı ərazilərində aparılan siyasətlərə dəstək verən ABŞ-a qarşı müxtəlif şüarlar səsləndirilib. Həmçinin Mayk Pompeonun işğal altındakı ərazilərə səfər edərək Təl-Əvivin Qərb Sahilinin bəzi hissələrinin işğalçı İsrailə birləşdirilməsinə dəstək verməsinə etiraz edilib.


Story Code: 862833

News Link :
https://www.islamtimes.org/az/news/862833/fələstinlilər-pompeo-nu-yandırdı

Islam Times
  https://www.islamtimes.org