0
Saturday 16 May 2020 - 01:46

Stiv Şmid: “Tramp ABŞ tarixində ən qabiliyyətsiz prezidentdir”

Story Code : 862940
Stiv Şmid: “Tramp ABŞ tarixində ən qabiliyyətsiz prezidentdir”
Stiv Şmid, MSNBC telekanalı ilə müsahibədə Tramp administrasiyasını tənqid edib: "Tramp, ABŞ tarixində əvvəllər görünməmiş, dövlətin ən yüksək vəzifəli şəxsi kimi, heç bir vəzifəsinin öhdəsindən gəlmir".

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Şmid, həmçinin Trampın koronavirus epidemiyasına yanaşmasının ölkə üçün dəhşətli bir nümunə olduğunu bildirib: "Koronavirus epidemiyası kimi belə bir böhran dövründə ən vacib addımlardan biri birbaşa, dürüst və şəffaf bir dialoqa girməkdir." Onun sözlərinə görə, ABŞ-da koronavirusun yayılması və minlərlə insanın xəstəlikdən ölməsi, Trampın bacarığsız idarəetməyin və geniş səhiyyə böhranı qarşısnda səriştəsiz rəhbərliyinin daha bir nümunəsidir. ““Gəlin Amerikanı yenidən əzəmətli edək” deyən adam, indi ölkəni müflis edir”, - deyə Şmid deyib.