0
Saturday 16 May 2020 - 09:55

Ərdoğanla İraqın yeni Baş naziri arasında telefon danışığı olub

Story Code : 862998
Ərdoğanla İraqın yeni Baş naziri arasında telefon danışığı olub
APA-nın yerli bürosunun Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinə istinadən verdiyi xəbərə görə, telefon söhbətində Ərdoğan Kazımini yeni vəzifə təyinatı ilə əlaqədar təbrik edərək, ona uğurlar arzulayıb.

Türkiyə prezidenti yeni növ koronavirusla (COVİD-19) mübarizədə İraqa dəstəyini ifadə edib. 

Telefon söhbətində, həmçinin, ikitərəfli əlaqələr və regional məsələlər də müzakirə edilib.