0
Saturday 16 May 2020 - 10:45

ABŞ Senatı Çinə qarşı qətnamə qəbul etdi

Story Code : 863006
ABŞ Senatı Çinə qarşı qətnamə qəbul etdi
ABŞ Senatı, Tramp administrasiyasını, Çinin Uyğur müsəlman azlığına edilən repressiyalara qətiyyətlə cavab verən və Pekin məmurlarına sanksiyalar tətbiq edilməsinə çağıran qətnamə qəbul etdi.

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, respublikaçı senator Marko Rubio, Çində uyğurların və digər müsəlman azlıqların sıxışdırılmasına cavabdeh olan məmurlara qarşı sanksiyalar tətbiq edilməsinə çağıran qətnamə layihəsini Senata təqdim edib. ABŞ Senatının qərarında, Çin Kommunist Partiyasının İcra Komitəsi, Çin müsəlman azlığına qarşı insan hüquqlarının pozulması ilə ittiham edilib.

ABŞ Senatının Respublikaçı millət vəkilləri və Demokratlar tərəfindən dəstəklənən qətnaməsi, Trampın KOVİD-19 ittihamlarının gücləndiyi üçün, Vaşinqtonun Çinə qarşı son cəhdidir. ABŞ Maliyyə naziri Stiven Mnuçin, Pekini koronovirus haqqında kifayət qədər məlumat verməməkdə günahlandırıb. Mnuçinin sözlərinə görə, Tramp, Pekin üçün müxtəlif variantları nəzərdən keçirib, lakin Çin rəsmiləri bu iddiaları dəfələrlə rədd edib.