QR CodeQR Code

Bakıda 64 işçisi koronaya yoluxan fabrik işini dayandırdı

16 May 2020 12:31

İslamTimes: “Bakı Tikiş Evi” (BTE) hazırda işləmir və nə zaman açılacağı barədə məlumatlı deyiləm.


Axar.az xəbər verir ki, bu barədə Azvision.az -a açıqlamasında BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov deyib.

BTE rəsmisi 64 işçinin koronavirusa yoluxmasına aydınlıq gətirərək bildirib:

“Bir nəfər həkim koronavirusa yoluxub, həmin həkim bizim işçimiz olan anasını yoluxdurub və beləliklə işçilər arasında yoluxma baş verib. Koronavirusa yoluxan işçilərimiz karantinə yerləşdirilib və tezliklə hamısı evə buraxılacaq. Hazırda fabrik işləmir”.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı "Bakı Tikiş Evi"ndə 64 nəfərin, "Baku Steel Company"də isə 48 nəfərin koronavirusa yoluxduğunu bildirib.


Story Code: 863024

News Link :
https://www.islamtimes.org/az/news/863024/bakıda-64-işçisi-koronaya-yoluxan-fabrik-işini-dayandırdı

Islam Times
  https://www.islamtimes.org