0
Saturday 16 May 2020 - 13:31

“Rusiya aviasiyasının mirvarisi” pilotsuz idarə olunacaq

Story Code : 863032
“Rusiya aviasiyasının mirvarisi” pilotsuz idarə olunacaq
Bu barədə “RİA Novosti” qonşu ölkənin müdafiə-sənaye kompleksindəki mənbəyə istinadla xəbər yayıb.

“T-50 uçan laboratoriya bazasında pilotsuz rejim işlənir. Uçuş zamanı pilot kabinədə olur, yalnız bütün funksiyaların yerinə yetirilməsinə nəzarət edir”, - deyə mənbə bildirib.

Qeyd edək ki, bir müddət öncə fransalı jurnalistlər Su-57-ni “Rusiya aviasiyasının mirvarisi” adlandırıblar.