QR CodeQR Code

İraqda İŞİD-in gizli tunel şəbəkəsi aşkarlandı

IslamTimes , 17 May 2020 02:34

İslamTimes: İraqın Həşd əl-Şəbi Müqavimət hərəkatı İŞİD-in Neynəva əyalətində yerdəyişmə üçün istifadə etdiyi böyük tunel şəbəkəsini aşkarlayaraq məhv edib.


Həşd əl-Şəbi bildirib: "Neynəva əyalətindəki 133-cü korpusumuzun əməliyyatçıları Mosulun cənub-qərbini təmizləmək məqsədi ilə həyata keçirdikləri əməliyyatlar zamanı İŞİD-in böyük tunellərini üzə çıxarıb."

Bağdad Əl-Youm xəbər saytının verdiyi məlumata görə, Həşd əl-Şəbi Müqavimət hərəkatının bəyanatında deyilir: "Mühəndislərimiz tunelləri təhlükəsiz bir şəkildə partlatdı və bununla da Təl-ər-Ruman, Vadi əl-Deyr, Racm əl-Hədid və əl-Kevar kəndləri təmizlənmiş oldu".

Şənbə günü də Diyalə əyalətindəki bir təhlükəsizlik rəsmisi İraq ordusunun Bəqubə məntəqəsinin cənubundakı 8 kənddə İŞİD qalıqlarının təmizlənməsi üçün həyata keçirilən genişmiqyaslı hərbi əməliyyat zamanı İŞİD-in iki gizli qərargahının aşkarlanaraq məhv edildiyini bildirib.

Qeyd edək ki, son günlərdə İŞİD terror qruplaşması Səlahiddin, Kərkük, Əl-Ənbar və Neynəva kimi məntəqələrdə terrorçu fəaliyyətlərə başlayıb. İraq ordusu və Həşd əl-Şəbi Müqavimət hərəkatı son bir neçə həftədə İŞİD-ə qarşı uğurlu əməliyyatlar həyata keçirib.


Story Code: 863144

News Link :
https://www.islamtimes.org/az/news/863144/iraqda-işid-in-gizli-tunel-şəbəkəsi-aşkarlandı

Islam Times
  https://www.islamtimes.org