QR CodeQR Code

İraqın yeni baş nazirindən ABŞ-ı qəzəbləndirəcək addım

IslamTimes , 17 May 2020 09:06

İslamTimes: Mayın 16-da İraqın baş naziri Mustafa Əl-Kazimi Həşd əl-Şəbi Təşkilatının Bağdaddakı baş qərargahında İraqın müqavimət lideri ilə görüşüb


İraqın yeni baş naziri Mustafa Əl-Kazimi 16 may tarixində Həşd əl-Şəbi Müqavimət Hərəkatının rəhbəri və komandirləri ilə görüşüb. Əl-Kazimi bildirib ki, bu təşkilatla hakimiyyət arasında ixtilafa səbəb ola biləcək addımların qarşısı alınacaq.

Bağdad şəhərində Həşd əl-Şəbinin baş qərargahında Faleh Əl-Fəyyazla bir araya gələn İraq baş naziri Həşd əl-Şəbini İraqın gözünün nuru adlandırıb və deyib: "Fitnə ardınca olan yüzlərlə insan İraq dövləti ilə bu Müqavimət Təşkilatı arasında ixtilaf yaratmağa çalışır. Bu səbəbdən diqqətli olmalı, Həşd əl-Şəbinin fəaliyyətlərinə şübhə ilə yanaşılmamalıdır."

Kazimi əlavə edib: "İraq dövləti və xalqı öz üzvlərini yenidən müxtəlif şəhərlərə yollayaraq, canlanmağa cəhd edən İŞİD-in kökünü qazmağın son mərhələsinə çatıb. Həşd əl-Şəbi İraq ordusu və digər silahlı qüvvələr ilə birlikdə terrorçulara qarşı əməliyyatlarda ön cəbhədə yer alır."

İraq baş naziri 2016-cı ildə qəbul edilmiş qanuna əsasən Həşd əl-Şəbinin İraq Silahlı Qüvvələrinin tərkibinə daxil olduğunu vurğulayaraq bu qanunun Həşd əl-Şəbi qüvvələrini dəstəklədiyini və müdafiə etdiyini bildirib.

Mustafa əl-Kazimi Həşd əl-Şəbi Müqavimət Hərəkatının dini mərcəiyyətin, xüsusi ilə Ayətullah Sistaninin fitvasından sonra formalaşdığını qeyd edərək bildirib ki, bu təşkilatın şəhidlərinə qarşı istənilən bir şəxs tərəfindən olan hücum qəbuledilməzdir və Müqavimət Cəbhəsinin şəhidləri İraq xalqının zehnindən heç zaman silinməyəcək!


Story Code: 863175

News Link :
https://www.islamtimes.org/az/news/863175/iraqın-yeni-baş-nazirindən-abş-ı-qəzəbləndirəcək-addım

Islam Times
  https://www.islamtimes.org