QR CodeQR Code

Sanders ABŞ-dakı mövcud iqtisadi vəziyyəti tənqid etdi

IslamTimes , 17 May 2020 21:25

İslamTimes: ABŞ-ın hazırkı iqtisadi durumunu tənqid edən senator Berni Sanders deyib: "Milyarderlər öz sərvətinə yüz milyardlarla dollar əlavə etdi. Bu iqtisadiyyatımızdakı gizli oyunların göstəricisi deyilsə, bəs nədir?!"


Bir müddət öncə Co Baydenin namizədliyini dəstəklədiyini açıqlayan ABŞ-ın solçu senatoru Berni Sanders, ABŞ-ın hazırdakı böhranla üz-üzə olan iqtisadi vəziyyətindən də şikayətlənib.

Sanders Twitter hesabında ​​yazıb: "Təxminən 40 milyon amerikalı işsiz kimi qeydiyyatdan keçib. Amma bununla belə milyarderlər sinfi öz sərvətlərini yüz milyardlarla dollar artırıb. Bu böhranlı şəraitdə milyarderlərin daha da zənginləşməsi iqtisadiyyatımızın pərdəarxasından idarə olunması deyilsə bəs nədir?!"

Daha öncə Donald Trampı ABŞ tarixindəki "ən təhlükəli" prezident adlandıran Berni Sanders namizədliyini geri götürməzdən öncə Co Baydenin əsas rəqibi hesab edilirdi. Amma bir neçə ştatda partiyadaxili seçkiləri Baydenə uduzan Sanders namizədliyini geri çəkərək bundan sonra Amerikanı "Tramp bəlası"ndan qurtarmaq üçün Co Baydeni dəstəkləyəcəyini bildirib.


Story Code: 863265

News Link :
https://www.islamtimes.org/az/news/863265/sanders-abş-dakı-mövcud-iqtisadi-vəziyyəti-tənqid-etdi

Islam Times
  https://www.islamtimes.org