0
Monday 18 May 2020 - 00:47

Ölkə üzrə park, bulvar və istirahət məkanlarına giriş qadağası aradan qaldırılıb

Story Code : 863288
Ölkə üzrə park, bulvar və istirahət məkanlarına giriş qadağası aradan qaldırılıb
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bu şəhərlərdə bulvar, park və istirahət məkanlarına girişə 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə icazə verilir.

Bununla belə, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, bulvar və parklarda sosial məsafəyə ciddi riayət edilməlidir.

“Vətəndaşlar indidən özlərini bu qaydalara ciddi riayət etməyə alışdırmalıdırlar. Bulvar və parklara giriş-çıxış sərbəst olsa da, sosial məsafə qorunmalıdır, 1,5-2 metr məsafə olmalıdır. Uşaq əyləncə mərkəzləri, attraksionlar işləməyəcək, buna nəzarət ediləcək. Eyni zamanda 10 nəfərdən artıq qruplar halında toplaşmaq qadağandır, karantin rejimini qaydaları pozularsa, müvafiq tədbirlər görüləcək”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında bulvar, park və istirahət məkanlarına girişə qoyulmuş qadağa mayın 4-dən götürülüb.