0
Monday 18 May 2020 - 11:45

Çin ABŞ şirkətlərinin "qara siyahı"sını hazırlayır

Story Code : 863386
Çin ABŞ şirkətlərinin "qara siyahı"sını hazırlayır
“APA-Economics”in məlumatına görə, bu barədə xəbəri “Reuters” yayıb.

Belə ki, Çin hakimiyyəti “qara siyahı” hazırlayır. Siyahıya ABŞ-ın “Apple”, “Cisco” və “Qualcomm” kimi şirkətləri daxil edilə bilər. Bu siyahıya daxil olan şirkətlərin fəaliyyətinə hər cür maneələrin törədiləcəyi bildirilir.

Bununla yanaşı, Çinin Ticarət Nazirliyi ABŞ hakimiyyət orqanlarını “Huawei”yə qarşı “haqsız hərəkətlərə” dərhal son qoymağa çağırıb.

Xatırladaq ki, bu günlərdə ABŞ Prezidentinin Administrasiyası “Huawei” üçün çiplərin təchizatına qadağalar tətbiq edib. Qadağa qüvvəyə minsə də, bu sənəd 120 günlük təxirə salına bilər.