0
Tuesday 19 May 2020 - 00:11

ABŞ-da koronavirusdan ölənlərin sayı 91 mini keçib

Story Code : 863501
ABŞ-da koronavirusdan ölənlərin sayı 91 mini keçib
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə məlumatı Cons Hopkins Universiteti federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında apardığı hesablamalarında dərc edib.

Məlumata görə, bu günə qədər ABŞ-da 1 543 540 nəfərə koronavirus diaqnozu qoyulub, onun yaratdığı fəsadlar nəticəsində ölənlərin sayı 91 682 nəfərdir. Təxminən 351 mindən çox amerikalı isə sağalıb.