QR CodeQR Code

Türkiyədə daha bir azərbaycanlı korona qurbanı oldu

19 May 2020 01:01

İslamTimes: Türkiyədə daha bir azərbaycanlı koronavirusdan dünyasını dəyişib.


1968-ci il təvəllüdlü Sadəgül Xudiyeva ötən gün pandemiya səbəbi ilə dünyasını dəyişib.

Bir müddət reanimasiyada qalan 52 yaşlı qadının səhhəti ötən gün pisləşib və elə xəstəxanada vəfat edib. Mərhum İstanbulda, Sarıyer bölgəsində dəfn edilib.

Qeyd edək ki, S.Xudiyeva ailəsi ilə birlikdə İstanbulda yaşayırdı.

Xatırladaq ki, bununla da Türkiyədə COVİD-19 səbəbi ilə ölən azərbaycanlıların sayı 6-ya çatıb. /Qaynarinfo/


Story Code: 863503

News Link :
https://www.islamtimes.org/az/news/863503/türkiyədə-daha-bir-azərbaycanlı-korona-qurbanı-oldu

Islam Times
  https://www.islamtimes.org