Türkiyədə daha bir azərbaycanlı korona qurbanı oldu
Story Code : 863503
1968-ci il təvəllüdlü Sadəgül Xudiyeva ötən gün pandemiya səbəbi ilə dünyasını dəyişib.
Bir müddət reanimasiyada qalan 52 yaşlı qadının səhhəti ötən gün pisləşib və elə xəstəxanada vəfat edib. Mərhum İstanbulda, Sarıyer bölgəsində dəfn edilib.
Qeyd edək ki, S.Xudiyeva ailəsi ilə birlikdə İstanbulda yaşayırdı.
Xatırladaq ki, bununla da Türkiyədə COVİD-19 səbəbi ilə ölən azərbaycanlıların sayı 6-ya çatıb. /Qaynarinfo/