0
Tuesday 19 May 2020 - 12:37

Vilyam Hacıyev azadlığa çıxmaq istəyir

Story Code : 863591
Vilyam Hacıyev azadlığa çıxmaq istəyir
“Qafqazinfo”nun verdiyi xəbərə görə, V.Hacıyev Səbail rayon məhkəməsinin onun barəsində seçdiyi 4 aylıq həbs qətimkan tədbiri haqda qərarın ləğv edilməsini, azadlığa buraxılmasını istəyib. Hakim Namiq Məmmədov təqsirləndirilən V.Hacıyevin istəyinə “yox” cavabı verib və onun şikayəti təmin edilməyib.

Qeyd edək ki, V.Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun evindən və iş yerindən milyonlarla məbləğdə nağd pul vəsaitləri aşkarlanıb.