QR CodeQR Code

Çin: ABŞ ÜST-ün qarşısında götürdüyü öhdəliklərdən yayınmağa çalışır

19 May 2020 13:35

İslamTimes: “ABŞ Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qarşısında götürdüyü öhdəliklərdən yayınmağa çalışır”.


APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Çjao Litszyan deyib.

O bildirib ki, ABŞ öz səriştəsizliyindən diqqəti yayındırmaq üçün Pekinə qara yaxır.

Ç. Litszyan qeyd edib ki, ÜST-ə maliyyə yardımını vaxtında ödəmək təşkilata üzv olan hər bir ölkənin borcudur.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ÜST-ün baş direktoru Tedros Adanom Gebreisusa məktub ünvanlayıb. D. Tramp 30 gün ərzində beynəlxalq təşkilatda islahatlar aparılmayacağı təqdirdə, ABŞ-ın ÜST-ə üzvlük məsələsinə yenidən baxılacağını və təşkilata müvəqqəti maliyyə dəstəyinin dayandırılmasının daimi olacağını bildirib.

 


Story Code: 863593

News Link :
https://www.islamtimes.org/az/news/863593/çin-abş-üst-ün-qarşısında-götürdüyü-öhdəliklərdən-yayınmağa-çalışır

Islam Times
  https://www.islamtimes.org