0
Tuesday 19 May 2020 - 13:35

Çin: ABŞ ÜST-ün qarşısında götürdüyü öhdəliklərdən yayınmağa çalışır

Story Code : 863593
Çin: ABŞ ÜST-ün qarşısında götürdüyü öhdəliklərdən yayınmağa çalışır
APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Çjao Litszyan deyib.

O bildirib ki, ABŞ öz səriştəsizliyindən diqqəti yayındırmaq üçün Pekinə qara yaxır.

Ç. Litszyan qeyd edib ki, ÜST-ə maliyyə yardımını vaxtında ödəmək təşkilata üzv olan hər bir ölkənin borcudur.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ÜST-ün baş direktoru Tedros Adanom Gebreisusa məktub ünvanlayıb. D. Tramp 30 gün ərzində beynəlxalq təşkilatda islahatlar aparılmayacağı təqdirdə, ABŞ-ın ÜST-ə üzvlük məsələsinə yenidən baxılacağını və təşkilata müvəqqəti maliyyə dəstəyinin dayandırılmasının daimi olacağını bildirib.