QR CodeQR Code

Türkiyə, Almaniya, İngiltərə və Fransanın Xarici işlər nazirləri videkonfrans keçiriblər

20 May 2020 00:15

İslamTimes: Bu gün Türkiyə, Almaniya, İngiltərə və Fransanın xarici işlər nazirləri arasında onlayn toplantı keçirilib.


APA-nın yerli bürosuna Türkiyə XİN-dən verilən məlumata görə, videokonfrans 17 mart 2020-ci ildə 4 ölkə başçılarının birgə keçirdikləri zirvə toplantısının nəticələrini nəzərdən keçirmək məqsədilə baş tutub. 

İclasda yeni növ koronavirusa (COVID-19) qarşı mübarizə tədbirləri, pandemiyasonrası atılacaq addımlar, Suriya, Liviya və İraq daxil olmaqla regional vəziyyət, xüsusilə, son zamanlar yaşanan hadisələr müzakirə olunub.

Nazirlikdən bildirilib ki, görüş son dərəcə səmimi keçib və sözügedən mövzularla bağlı nazirlər fikir mübadiləsi aparıblar. 

Danışıqlar zamanı bu formatda növbəti toplantının keçirilməsi qərara alınıb.


Story Code: 863694

News Link :
https://www.islamtimes.org/az/news/863694/türkiyə-almaniya-ingiltərə-və-fransanın-xarici-işlər-nazirləri-videkonfrans-keçiriblər

Islam Times
  https://www.islamtimes.org