0
Wednesday 20 May 2020 - 01:13

Lavrov Avropanı bahalı qazla hədələdi

Story Code : 863700
Lavrov Avropanı bahalı qazla hədələdi
Musavat.com xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Danimarkanın kəmərin çəkilişinə verilən icazəyə yenidən baxması ehtimalını şərh edərkən səsləndirib. Nazir bu addımın “Şimal axını 2” layihəsinin başa çatmasına mane olmayacağına əmin olduğunu bildirib. Bununla yanaşı, Lavrov onu da vurğulayıb ki, Rusiyanın boru kəməri ətrafında yaranmış problemləri həll etmək üçün müxtəlif hüquqi alətləri var: “Ekspertlər bu fikirdədirlər ki, bütün bu hüquqi əngəllərin həlli Avropa Birliyi vətəndaşları üçün qazın bahalaşmasına gətirib çıxaracaq”.

S.Lavrov həmçinin boru kəməri ilə bağlı vəziyyət Rusiya ilə Danimarka arasındakı münasibətlərə hər hansı mənfi təsir göstərmir.